AZ

ABŞ “Fordo”ya zərbə endirməyə hazırlaşır

ABŞ İrandakı nüvə obyektinə hücum hazırlayır. Bu barədə məlumatlı mənbə xəbər yayıb.

ABC kanalının məlumatına görə, bu, Fordo nüvə obyektidir. Məlumata görə, amerikalılar oraya bir neçə zərbə endirməyə hazırlaşır: “Prezident (ABŞ – red.) Donald Tramp İranın Fordodakı nüvə obyektini məhv etmək fikrinə alışır. Mənbənin sözlərinə görə, söhbət obyektə bir zərbə deyil, bir neçə zərbədən gedə bilər. Bunun üçün hazırlıq gedir”, – ABC kanalı bildirir.

“Axios” portalı amerikalı məmurlardan birinə istinadən yazır ki, hərbi məsləhətçilər ABŞ prezidenti Donald Trampı əmin ediblər ki, Amerika meqabombası Fordodakı obyekti məhv etməyə qadirdir. Eyni zamanda, Ağ Ev rəhbərinin özü də əmin olmaq istəyir ki, bu ölkənin İsrail və İran arasında münaqişəyə müdaxiləsi həqiqətən zəruridir, uzun sürən müharibəyə səbəb olmayacaq və İslam Respublikasının nüvə proqramına son qoyacaq.

//Samir Qurbanov, Editor.az

Seçilən
17
50
editor.az

10Mənbələr