AZ

Aleksey Naumov: Ermənistan Azərbaycanla sülhə gələ bilər, amma ondan əvvəl çox qan içiləcək MÜSAHİBƏ

ain.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Beynəlxalq jurnalist, Rusiya Beynəlxalq Əlaqələr Şurasının üzvü Aleksey Naumov “Moskva-Baku” portalına müsahibəsində Ermənistanın baş naziri Nikol Paşinyanın yeni parlament seçkilərində qalib gəlmək perspektivlərini şərh edib. Müsahibəni oxucularımıza təqdim edirik.

- Aleksey, hazırda Qərbdə Nikol Paşinyana dəstəyin səviyyəsini necə xarakterizə edərdiniz? Son aylar İrəvan özü açıq şəkildə həm Qərb, həm də Rusiya ilə münasibətlərin bərabər inkişafı mövqeyindən çıxış etməyə başlayıb, baxmayaraq ki, əvvəllər daha çox qərbyönlü ritorika səslənirdi.

- Təbii ki, Paşinyan və Ermənistan Qərbin xarici siyasətində, xüsusən də Donald Trampın dövründə ABŞ üçün prioritet olmayan regionlara, ilk növbədə Amerika qitəsindən kənarda xüsusi müdaxilə etməmək kursu götürən Amerika Birləşmiş Ştatlarının xarici siyasətində əhəmiyyətsizliyə düçar olublar. Bu baxımdan demək olar ki, Nikol Paşinyan məhz ABŞ-ı Cənubi Qafqaza cəlb etmək üçün müəyyən Qərb layihəsi baxımından əhəmiyyətini itirib.

Eyni zamanda, Fransa bu silsilədən seçilir və Ermənistanı fəal dəstəkləyən, onu öz maraqlarının zonası hesab edən və müvafiq olaraq, regiondakı vəziyyətə təsir göstərməyə çalışan, Ermənistanla Azərbaycan sərhədində vəziyyətə nəzarət edən, bütövlükdə Zaqafqaziyada vəziyyətə nəzarət edən ölkə olaraq qalır. Prinsipcə, Parisin imperiya təsirini itirməsi ilə bağlı reallaşmamış ambisiyalarının olduğu göz qabağındadır.

Beləliklə, ABŞ Ermənistandan getdikcə daha çox uzaqlaşdığı halda, Avropa İttifaqı əksinə, indi bu boşluğu, bu boşluğu doldurmağa və regionda hansısa mühüm rol oynamağa çalışır. Və xüsusən də Fransa xarici siyasətinin forpostlarından biri kimi Ermənistanı seçir.

Eyni zamanda qeyd etmək lazımdır ki, Ermənistan dövləti bu gün böhran içindədir və ondan necə çıxacağı o qədər də aydın deyil. Hansı şüarlar altında, kiminlə yaxınlaşmaq, hara getmək. Rusiyadan qopma o qədər də uğurlu olmadı və o qədər də uğurla getmir. Qərblə yaxınlaşma da çox effektsiz, çox nəticə vermədən həyata keçirilir. Və buna görə də ümumilikdə Ermənistanın siyasi gələcəyi o qədər də aydın deyil.

- Gələn il Ermənistanda parlament seçkiləri keçiriləcək. Sizcə, Paşinyanın qələbəsi üçün hansı perspektivlər var və bu, nədən asılı olacaq?

- Paşinyanın qələbə perspektivinə gəlincə, mən hesab edirəm ki, o, prinsipcə hazırda Ermənistanın siyasi məkanına kifayət qədər ciddi nəzarət edir. Onun bütün ermənilərin katolikosu II Qareginə qarşı necə kampaniyaya başladığını görürük. Açığı, o, hiss edir ki, hazırda onun siyasi hərəkatına arxalanaraq ölkənin siyasi sisteminə tam nəzarət etmək, müəyyən mənada təkbaşına idarə etmək imkanı var. Məlumdur ki, katolikos Nikol Paşinyan Ermənistanda hakimiyyətə gələndən bəri hakimiyyətdə olanların, necə deyərlər, köhnə qvardiyaya mənsub olanların nümayəndəsi olub. Və Azərbaycanın Ermənistana qarşı ərazi iddialarını fəal şəkildə dəstəkləyir. Bu, ölkənin həyatına böyük təsiri olan təşkilatın rəhbərliyini təmizləmək cəhdidir. Paşinyan tərəfdarı olmayan şəxsi kənarlaşdırmaqla Ermənistan siyasi məkanı üzərində nəzarətini daha da möhkəmləndirmək imkanı əldə edəcək.

İndiyə qədər Nikol Paşinyanın onu vəzifədən uzaqlaşdırmaq imkanı yox idi, amma indi görünür, üzə çıxır.

Bundan başqa, Nikol Paşinyan Ermənistanın Azərbaycana qarşı potensial revanşizmlə normal həyatı davam etdirmək şansının olmadığını anlayan şəxs olaraq qalır. Və aydındır ki, o, Ermənistan Respublikasında revanşizmin hələ də sakitləşmədiyi vəziyyətdən mümkün qədər çox fayda götürməyə çalışacaq, lakin buna baxmayaraq, son nəticədə ölkəni Azərbaycanla yekun sülhə aparmağa çalışacaq.

O, bir tərəfdən revanşist müxalifətin təzyiqinə məruz qalır, digər tərəfdən isə xarici qüvvələrin təzyiqi altındadır və bu şəraitdə o, həm ölkədəki hakimiyyətini qoruyub saxlamağa, həm də ölkəni xilas etməyə çalışır və bu, yalnız ərazi reallıqlarının tanınması və revanşist əhval-ruhiyyənin olmaması şərtilə mümkündür. Deməli, indiki baş nazir çətin vəziyyətdədir, amma çox güman ki, əvvəllər olduğu kimi bunun öhdəsindən gələcək. Aydındır ki, Paşinyanın dövründə Ermənistanla Azərbaycan arasında sülh mümkündür, lakin bu sülh əldə olunmazdan əvvəl Ermənistan hökumətinin başçısı hələ çox “qan içməli” olacaq.

Ümumiyyətlə, Nikol Paşinyanın hakimiyyəti saxlamaq şansı kifayət qədər yüksəkdir. Hətta daha çox - o, bu hakimiyyət mövqeyində uzunmüddətli konsolidasiya sisteminə keçə bilər. O da göz qabağındadır ki, Paşinyanın hakimiyyətdə olduğu illərdə müxalifət möhkəmlənə bilməyib, parçalanıb və erməni xalqı ilə dil tapa bilmir.

Tərcümə - Elçin Bayramlı

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
sesqazeti.az

1Mənbələr