AZ

Azərbaycanın portfel investisiyaları üzrə xalis maliyyə aktivləri artıb

Bakı. Trend:

Bu ilin birinci rübündə Azərbaycanın portfel investisiyalarıüzrə xalis maliyyə aktivləri 0.6 milyard dollar artıb, xalismaliyyə öhdəlikləri isə 4.7 milyon dollar azalıb.

Bu barədə TrendMərkəzi Banka istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə portfel investisiyaları üzrəaktivlər dövlət (7.8 milyon dollar) sektorunun, bankların (480.1milyon dollar) və digər (165.1 milyon dollar) sektorların hesabınaartmış, kapitalda iştiraka təminat verən qiymətli kağızların (23.8milyon dollar) hesabına azalıb.

Öhdəliklər isə əsasən, kapitalda iştiraka təminat verən qiymətlikağızların (1.0 min dollar) və digər (6.4 milyon dollar)sektorların hesabına artmış, dövlət (11.1 milyon dollar)sektorunun, bankların (18.0 min dollar) hesabına isə azalıb.

Məqalədə:
Seçilən
6
az.trend.az

1Mənbələr