AZ

Mash: 10 min Ukrayna hərbçisinin cəsədi Rostov, Kursk və Belqoroddakı meyitxanalardadır

İlkin məlumata görə, Rostov, Kursk və Belqorod meyitxanalarında 10 minə yaxın ukraynalı hərbi qulluqçusunun cəsədi var.

Herbiand.az bildirir ki, bu barədə Mash Telegram kanalı məlumat yayıb.

Bildirilib ki, ukraynalı əsgərlərin cəsədlərində şəxsiyyət və məhkəmə-tibbi ekspertiza prosedurları aparılır. Həmçinin, meyitlərin mübadiləsi üçün tarixlər və yerlər də razılaşdırılır.

“Hazırda Rostov, Kursk və Belqorod meyitxanalarında ən azı 10 min cəsəd var (hərbçilərin fikrincə, daha çox). Onların şəxsiyyətinin müəyyənləşdirilməsi, ekspertizası, mübadilə tarixi və yeri ilə bağlı razılıq əldə olunması prosedurları aparılır”, - məlumatda deyilir.

Həmçinin bildirilir ki, Rusiya qoşunlarının Donetsk və Sumı istiqamətlərində aktiv hücum hərəkətləri fonunda Ukrayna Silahlı Qüvvələrinin itkiləri artmaqda davam edir. Ukrayna ordusu ölənlərin cəsədlərini döyüş bölgəsindən çıxarmağa imkan tapmır.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
0
herbiand.az

1Mənbələr