Rusiya prezidenti Vladimir Putin bildirib ki, qız nəvəsi Çin dilində mükəmməl danışır.
Bizim.Media xəbər verir ki, o, bu barədə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF) çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
O deyib ki, Çin dilində mükəmməl danışan nəvəsinin Pekindən olan müəllimi var:
“Yaxınlarımdan bəzilərinin, qohumlarımın çin dilini öyrəndiyini deyəndə Çin dilində səlis danışan nəvəmin adını çəkdim. Onun Pekindən müəllimi var. Onunla Çin dilində səlis danışır".
Putin həmçinin deyib ki, qızı 2000-ci illərin əvvəllərində Çin dilini öyrənməyə başlayıb:
“O, öz təşəbbüsü ilə Çin dilini öyrənməyə başladı. Sadəcə olaraq, bunu istədiyi üçün. Müəllim tutdu və oxudu".
Qeyd edək ki, Putin ilk dəfədir ki, qız nəvəsinin olması barədə birbaşa danışır. Putin daha əvvəl demişdi ki, ailə üzvləri Çin dilində mükəmməl danışır, lakin konkret kimin olduğunu açıqlamamışdı.
O, 2024-cü ilin sentyabrında Tuvaya səfəri zamanı artıq balaca nəvələrinin Çin dilində sərbəst danışdığını demişdi.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta