Bakı. Trend:
Bu ilin birinci rübündə Azərbaycanın birbaşa xariciinvestisiyalar üzrə xalis maliyyə aktivləri 144.1 milyon dollar,xalis maliyyə öhdəlikləri isə 239.6 milyon dollar azalıb.
Bu barədə TrendMərkəzi Banka istinadən xəbər verir.
Məlumata görə, birbaşa xarici investisiyalar formasında xaricdəncəlb olunmuş sərmayələrin ümumi məbləği 1.5 milyard dollar, xariciiqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə315.1 milyoj dollar olub.
Ümumilikdə, birbaşa xarici investisiyalar üzrə 95.5 milyondollar kəsir yaranıb.
Ölkə iqtisadiyyatına yatırılmış birbaşa xarici investisiyalarınstrukturunda neft-qaz sektorunun xüsusi çəkisi 73.5% təşkil edib.2025-ci ilin I rübü üzrə tədiyə balansında birbaşa xariciinvestisiyalar maddəsinin neft-qaz sektoru üzrə xalis maliyyəöhdəliklərinin (-541.6 milyon dollar) azalması neft-qaz sektoruüzrə cəlb olunmuş investisiya ilə (1 116.6 milyon dollar) həminsektor üzrə kapitalın repatriasiyası (1 658.2 milyon dollar, əsasənbeynəlxalq neft-qaz konsorsiumların payına düşən xam neft və təbiiqaz şəklində olan kapital repatriasiyası) arasındakı fərqdənformalaşır.
Qiymətləndirmələrə görə qeyri-neft-qaz sektoruna cəlb olunmuşbirbaşa xarici investisiyaların ümumi məbləği 2.2 dəfə artaraq402.4 milyon dollar olub ki, bunun da bir hissəsi (146.9 milyondollar) ölkə iqtisadiyyatına gəlirlərin təkrar investisiyası iləbağlı olub.