ABŞ-ın ən tanınmış idman klublarından biri olan “Los-Anceles Leykers”in nəzarət səhmləri satılır.
Publika.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Sövdələşmə təxminən 10 milyard dollar dəyərində qiymətləndirilir və bu, ölkənin idmanı tarixində rekord göstərici sayılır.
Yeni əsas səhmdar milyarder iş adamı Mark Volter olacaq. O, "TWG Global" şirkətinin baş direktoru və idarə heyətinin sədridir. Volter artıq 2021-ci ildən klubun azlıq səhmdarlarından biri idi. Onun idman sahəsində digər aktivləri arasında “Los-Anceles Dodcers” (beysbol), “Los-Anceles Sparks” (qadın basketbolu) və İngiltərənin “Çelsi” (futbol) klubları var.
“Leykers”ə 1979-cu ildən bəri nəzarət edən Bass ailəsi hələlik klubda təxminən 15 faiz səhm saxlayacaq və bu, müəyyən müddət ərzində dəyişməyəcək. Klubun hazırkı prezidenti və rəhbəri Cinni Bass da yaxın bir neçə il ərzində vəzifəsində qalacaq.