AZ

Putin:”Tramp ağıllı adamdır”

Rusiya ABŞ prezidenti Donald Trampın Rusiya-Amerika münasibətlərini bərpa etmək səylərinə böyük hörmətlə yanaşır. Vətəninfo.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində beynəlxalq xəbər agentliklərinin rəhbərləri ilə görüşü zamanı bildirib.

Putinin sözlərinə görə, Trampla mümkün görüş çox faydalı olardı, lakin o, hərtərəfli hazırlanmalı və konkret müsbət nəticələrə gətirib çıxarmalıdır.

Rusiya prezidenti qeyd edib ki, Ukraynada münaqişə yəqin ki, Trampın prezidentliyi dövründə başlamazdı.

“O, dəfələrlə deyib ki, mən prezident olsaydım, bu müharibə (Rusiya-Ukrayna – red.) baş verməzdi. Düşünürəm ki, bu məsələdə də səhv etmirdi”.

Seçilən
8
veteninfo.az

1Mənbələr