Gürcüstanın İsrailin paytaxtı Təl-Əvivdə yerləşən səfirliyinin binasının yaxınlığına mərmi düşüb.
Moderator.az xəbər verir ki, məlumat diplomatik nümayəndəliyin "Facebook" hesabında dərc edilib.
Məlumatda diplomatik korpusun yerləşdiyi binaya ziyan dəymədiyi qeyd edilir.
"Diplomatik nümayəndəlik İsrail təhlükəsizlik xidmətlərinin göstərişlərinə əməl edərək fəaliyyətini davam etdirir", - paylaşımda qeyd olunub.