Cənubi Koreyanın “Ulsan” və Cənubi Afrikanın “Mamelodi Sandaunz” komandaları, eləcə də fransız hakim Kleman Turpen futbol tarixində yeni səhifə açıblar.
Publika.az xəbər verir ki, bu iki komanda arasında keçirilən qarşılaşmada ilk dəfə olaraq IFAB tərəfindən qəbul edilən yeni “8 saniyə” qaydası tətbiq olunub. Qaydaya əsasən, əgər qapıçı topu oyuna 8 saniyədən artıq müddətdə daxil etmirsə, rəqib komanda üçün künc zərbəsi təyin olunur. Bu dəyişiklik oyunun ləngiməsinin qarşısını almaq məqsədi daşıyır.
Tarixi epizodda “Mamelodi Sandaunz” klubunun qapıçısı Rounen Uilyams cəzalandırılıb və onun komandası bu yeni qaydanın ilk “qurbanı” olub.
Qaydanın tətbiq olunduğunu göstərmək üçün hakim bu jestdən istifadə edir: hər iki əlinin barmaqları ilə havada 8 rəqəmini göstərir.