AZ

Arakdakı Xondab ağır su reaktorunun yaxınlığındakı ərazi İsrailin hücumlarına məruz qalıb

Arakdakı

Bir neçə dəqiqə əvvəl İran mediası İsrail Hərbi Hava Qüvvələrinin Xondab yaxınlığındakı ərazini hədəfə aldığını bildirib.

Gunaz.tv

ISNA xəbər agentliyi rəsmilərə istinadən Xondab obyektinin öncədən boşaldıldığını və radiasiya riskinin olmadığını bildirib.

Bu obyekt Tehrandan təxminən 250 kilometr cənub-qərbdə, Ərak-Xondab yolunda yerləşir və nüvə reaktorlarını soyutmağa kömək edir, bu okyekt eyni zamanda nüvə silahı hazırlamaq üçün potensial olaraq istifadə oluna bilən plutonium istehsal edir.

Qeyd edək ki, Hücumdan bir neçə saat əvvəl İsrail ordusu su reaktorunun boşaldılmasını tələb edən bəyanat yayıb.

Seçilən
5
xalqcebhesi.az

1Mənbələr