
SOKAR-ın keçmiş vitse-prezidenti Mikayıl İsmayılovun korrupsiya əməlləri, milyonlarla dövlət vəsaitini mənimsəməsi, Bakıda, rayonlarda, xarici ölkələrdə dəyəri 100 milyonlar olan əmlaka sahib olması barədə hər gün ölkə mediasında yazılar dərc olunur.
Bu hələ harasıdır ?
Nə qədər vətəndaş dövlət başçısına, hüquq-mühafizə orqanlarına hər gün yüzlərlə şikayət, teleqram göndərir. Amma və lakin...
Bu hələ harasıdır ?
Ağsu sakinləri çox çətinliklə Qobustan rayonunda Baş prokuror, hörmətli Kamran Əliyevin qəbulunda olub Mikayıl İsmayılovun qanunsuz əməlləri ilə bağlı cənab Baş prokurora şikayət edirlər.
Amma nə faydası..? Ortada heç bir nəticə yoxdur.
Məlum olan odur ki, Baş prokurorluq Ağsu sakinlərinin şikayətlərini Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərir.
Elə bilirsiniz bu ötür-ötür oyununun bir nəticəsi olur ? Əsla olmur.
Elə bil Korrupsiya İdarəsində oturanlar da Mikayıl İsmayılovu himayə etməklə məşğuldurlar.
Ümumiyytlə cənab Prezidentimiz bir dəfə çıxışında dedi ki, vətəndaşların ərizə və şikayətlərini məndən gizlədirdilər.
Bu məqamda ötən əsrin 70-ci illərində ucqar Qubatlı rayonunun bir dağ kəndindən Moskvaya Leninin movzeleyinə vurulan teleqram yadıma düşür.
Bir həftə keçmədən Moskvadan nümayəndə gəlib problemi həll etdi.
Bunu lazım gələrsə faktlarla sübut edərəm.
Sözümü canı odur ki, Mikayıl İsmayılovun əməlləri ilə bağlı konkret tədbir görülməlidir. Biz buna əminik, dövlətimizə və Prezidentimizə inanırıq.
Bizi izləyin.