AZ

Sosial sahibkarlıqla cəmiyyətin gələcəyini qurmaq: Əməkdar jurnalist ictimai dəyişikliklərdən danışdı

Əməkdar jurnalist Mətanət Ağamirli QHT.az-a açıqlamasında sosial sahibkarlığın cəmiyyətin həssas qruplarının məşğulluğunu təmin etməklə, xüsusilə qadınları, gəncləri, əlilləri və aztəminatlı ailələri sahibkarlığa cəlb etdiyini qeyd edib.

O, sosial sahibkarlığın həm sosial bərabərlik yaratdığını, həm də bölgələrdə icmaların inkişafına səbəb olduğunu vurğulayıb:

"Yeni iş yerlərinin açılması, xüsusilə kəndlərdə insanların aktivləşməsi, özünüməşğulluq imkanlarının genişlənməsi dövlətin və xalqın marağına cavab verir. Ölkəmizdə sosial sahibkarlığın getdikcə daha çox əhəmiyyət qazandığı müşahidə olunur. Xüsusilə son illərdə dövlət qurumlarının, şəhər və kəndlərdə sahibkarlığın bu növünün dəstəklənməsi işıq, bizneslər üçün motivasiya yaradır və şəhər-kənd fərqinin azalmasına zəmin yaradır. Bu layihələr regional inkişafı dəstəkləməklə yanaşı, dövlətin sosial siyasətinə də töhfə verir. Hesab edirəm ki, bu inkişaf predmeti sahibkarlığın bütün istiqamətlərini əhatə etməlidir. Çünki sosial sahibkarlıq yalnız qazanc əldə etmir, eyni zamanda, cəmiyyətin sosial problemlərinə də dəstək olur, sosial dəyişiklik yaradır. Həmçinin qeyd etmək istərdim ki, dövlətin 2020-2026-cı illərdə həyata keçirdiyi sosial və iqtisadi inkişaf strategiyasında, bölgələrin və kəndlərin sosial və iqtisadi inkişafı prioritetdir. Ona görə də kənd icmalarının sosial-iqtisadi inkişafında dövlət və qeyri-hökumət təşkilatlarının əməkdaşlığı vacib amildir, labüddür. Bu istiqamətdə müvafiq dövlət qurumlarının və vətəndaş cəmiyyətinin layihələrinin dəstəklənməsi təqdirəlayiqdir və hətta genişləndirilməlidir. Çünki kənddən şəhərə axın mənzərəsi göz önündədir. Zaman-zaman hamımız bölgələrdə, kəndlərdə adam qalmayıb deyə şikayətlənirik"

Jurnalist əlavə edib ki, kənd yerlərində sosial və iqtisadi inkişafın sürətləndirilməsi, kənd icmalarının bilik və bacarıqlarının artırılması üçün mühüm şərait yaradı:

"Bu icmaların inkişafı bilavasitə kəndlərdə fərdlərin öz arzu və bacarıqlarının ardınca getməsi, öz gücünə inamını və öz güvənini artırmasını şərtləndirən amil rolunda çıxış edir."

Ardı var...

 

Pərvanə Fərhadqızı

QHT.az

Seçilən
3
qht.az

1Mənbələr