AZ

''Beşiktaş''ın ulduzu imicini dəyişdi

Türkiyədə keçirdiyi ilk mövsümdə ümidləri doğrultmağı bacaran və açıq-ara ''Beşiktaş''ın ən yaxşı oyunçusu olan Rafa Silva qısa müddətdə fanatların böyük sevgisini qazanıb.

"Football-plus.az" xəbər verir ki, o, İstanbul nəhənginin heyətində 49 rəsmi oyuna çıxaraq aktivinə 18 qol, 13 məhsuldar ötürmə yazaraq 31 qolun vurulmasında yaxından iştirak edib. Şübhəsiz ki, yeni mövsümdə də 32 yaşlı portuqaliyalı ulduz ''ağ-qaralar''ın əsas ümid bəslədiyi oyunçulardan olacaq.

Qeyd edək ki, komanda yeni mövsümün hazırlıqlarına iyunun 28-dən etibarən start verəcək. Bu arada hazırda Portuqaliyada istirahətdə olan Rafa Silvanın imicini dəyişməsi diqqət çəkib. Saç tərzini dəyişmək qərarına gələn məşhur futbolçu bununla bağlı öz səhifəsində paylaşım edib. Onun yeni tərzi fanatlar arasında maraqla qarşılanıb.

Seçilən
2
1
football-plus.az

2Mənbələr