AZ

Sumqayıtda tekstil fabrikində yanğın olub

Sumqayıtda tekstil müəssisəsində yanğın baş verib.

APA xəbər verir ki, hadisə Sülh prospektində yerləşən tekstil istehsalı ilə məşğul olan fabrikdə qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb.

İlkin məlumata əsasən, yanğının yaranmasına səbəb kimi pambıq tullantılarının alışması göstərilir.

Faktla bağlı araşdırma gedir.

Seçilən
44
18
apa.az

9Mənbələr