AZ

Neymarın atası oğlunun gələcəyi haqda danışdı

Braziliyanın “Santos” klubunun 33 yaşlı braziliyalı hücumçusu Neymarın atası, oğlunun gələcəyi haqqında məlumat paylaşıb.

Arena.az “Ekip” nəşrinə istinadən, ata Neymarın müvafiq açıqlamasını təqdim edir:

“Böyük ehtimal var ki, o, “Santos”da qalacaq. Mən bunun üzərində işləyirəm. Bu, mənə digər klubların təkliflərini dinləməyə mane olmur. Mən bazarda maraq görürəm. Bu həftə biz Mayamiyə yollanmağa hazırlaşırıq ki, klublarla danışıqlar aparaq. Biz onları dinləməli və nə edəcəyimizə qəarar verməliyik.

Bəli, Avropa klubları da var. Onlardan bəziləri Çempionlar Liqasında çıxış edirlər. Onlar bilirlər ki, o, əla mövsüm keçirməyə qabildir. Amma Braziliya bazarı da həmçinin maraqlıdır”, deyə Neymarın atası vurğulayıb.

Xatırladaq ki, Neymar 2026-cı il dünya çempionatının CONMEBOL bölgəsi üzrə Ekvador və Paraqvay yığmalarına qarşı seçmə mərhələ oyunlarına cəlb edilməyib. Belə ki, hazırda “Santos”da çıxış edən “Ney” yüngül zədə mənzərəsində formada olmaması ilə yanaşı, həm də koronavirusa yoluxub və hazırda təcrid şəraitində müalicə alır.

Seçilən
8
arena.az

1Mənbələr