AZ

Bu gün Naxçıvanda 106 müəllim sertifikasiyadan keçib

İyunun 18-dən ölkə üzrə, o cümlədən Naxçıvan Muxtar Respublikasında  dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə başlanılıb. 

 

Bu barədə AzEdu.az-a Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Sertifikatlaşdırmanın test imtahanı mərhələsinin ikinci günündə coğrafiya və ibtidai siniflər  üzrə tədris aparan təhsilverənlər cəlb olunub. 

 

Prosesdə Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrində çalışan 106 təhsilverən iştirak edib və 100 faiz davamiyyət qeydə alınıb.

 

Qeyd edək ki, sertifikatlaşdırmanın test imtahanı Naxçıvan Şəhər 4 nömrəli tam orta məktəbdə təşkil olunub. 
Test imtahanı mərhələsində 120 dəqiqə müddətində təhsilverənlərin tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına, tədris metodikasına və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Bu mərhələnin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və imtahan başa çatdıqdan dərhal sonra iştirakçıya elan edilir.

 

Nəzərinizə çatdırırıq ki, test imtahanında azı 30 bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə keçmək hüququ qazanacaqdır.

 

Xatırladaq ki, Nazirlər Kabinetinin 18 avqust 2022-ci il tarixli qərarına əsasən, dövlət ümumi təhsil müəssisələrinin təhsilverənlərinə sertifikatlaşdırmanın nəticəsinə uyğun olaraq tədris edilən dərs saatına görə test imtahanı mərhələsində nəticə göstərənlərin vəzifə maaşlarına əlavələr ediləcəkdir.

Seçilən
6
2
azedu.az

4Mənbələr