AZ

Nəriman Həsənzadənin ömür “Nərdivan”ı

İyunun 20-də Heydər Əliyev Sarayında Xalq şairi Nəriman Həsənzadənin həyatına həsr olunmuş “Nərdivan” musiqili dram tamaşası nümayiş etdiriləcək.

Kulis.az xəbər verir ki, tamaşaçılarNəriman Həsənzadə haqqında bilmədikləri əhvalatlara, xüsusilə də Sara xanımla olan sevgi hekayəsinə 30-dan çox məşhur simanın canlı ifasında şahid olacaq.

Əsas rolları Xəzər Süleymanlı, Ülviyyə Əliyeva, Taleh Yüzbəyov, Xalq artistləri Niyamməddin Musayev, Murad Dadaşov, Gülyanaq Məmmədova, Əməkdar artistlər Lalə Məmmədova, İlqar Cahangir, Toğrul Əsədullayev, tanınmış aparıcılar Lalə Azərtaş, Mətanət Əliverdiyeva, Mehman Rəsulov, dünya şöhrətli fotoqraf Reza Deqati, aktyorlar Faiq Mirzə və Cavid Baba və başqa tanınmış simalar ifa edəcəklər.

Seçilən
2
2
kulis.az

3Mənbələr