AZ

Bu universitetdə yazılı imtahanlar tam rəqəmsallaşdırılacaq

“Keçən ilin yayından etibarən ilk dəfə olaraq yazılı imtahanları rəqəmsallaşdırmışıq".

AzEdu.az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov UNEC-in 95 illik yubileyinə həsr edilmiş tədbirdə səsləndirib.

“Artıq bu istiqamətdə ciddi uğurlar əldə olunub. İnşallah, növbəti ildən etibarən ixtisas fənləri üzrə bütün imtahanlar yazılı, rəqəmsal formada həyata keçiriləcək.

Tələbəyə sistem üzərindən 7 sual təqdim olunur. O, bu suallardan istədiyi 5-ni seçərək cavablandırır. Cavabları ya kompüter klaviaturasında yaza, ya da kağızda əl ilə yaza bilər. Hər kompüterin yanında skaner quraşdırılıb. Əgər tələbə cavabını kağızda yazarsa, onu skan edərək sistemə yükləyir.

Tələbənin cavab verdiyi 5 sualın hər biri sistemdə fərqli müəllim tərəfindən yoxlanılır və qiymətləndirilir. Sonda tələbənin yekun balı həmin 5 müəllimin verdiyi qiymətlərin ortalaması əsasında müəyyən olunur".

Seçilən
3
azedu.az

1Mənbələr