ain.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Sloveniyanın "Sele" klubunun baş məşqçisi Albert Riera UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Sabah"a qarşı keçirəcəkləri oyunları dəyərləndirib. Sport24.az xəbər verir ki, ispan mütəxəssis bu barədə klubun rəsmi saytına açıqlama verib. O, hər rəqibə ciddi yanaşdıqlarını söyləyib: "Komandalar çempionat sayəsində və ya ölkə kubokunu qazandıqları üçün Avropa Liqasına vəsiqə qazanırlar. Bu da onların ciddi rəqib olduğunu deməyə əsas verir. Birinci qarşılaşacağımız komanda "Sabah"dır. Bu oyunlara vaxtımız var. Rəqibi hərtərəfli təhlil edəcəyik. Özümüzə inamımız böyükdür. Çünki ötən mövsüm avrokuboklarda bir çox komandalara qarşı yaxşı mübarizə aparmışıq".Qeyd edək ki, "Sabah" bu rəqiblə ilk matçını iyulun 10-da evdə, cavab qarşılaşmasını isə 17-də səfərdə keçirəcək.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.