Hazırkı iqtisadi şəraitdə manatın məzənnəsi ilə bağlı qeyri-müəyyənlik vətəndaşları seçim qarşısında qoyur. Kimisi əmanətini manatla yüksək faizlə, kimisi dollarla daha aşağı faizlə banka yerləşdirməyi məqsədəuyğun hesab edir. Bildirilir ki, manatla qoyulan əmanətlər daha yüksək gəlir vəd etsə də, dollar sabitlik baxımından etibarlı görünür.
Əmanətləri hansı valyutada banklara yerləşdirməliyik?
Globalinfo.az-a danışan İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı Eyyub Kərimli deyib ki, dünyada baş verən münaqişələr və geosiyasi qeyri-sabitlik qlobal iqtisadiyyata, həmçinin valyuta bazarlarına ciddi təsir göstərir:
“Azərbaycanda manatla əmanətlər üzrə daha yüksək faiz təklif olunur. Dollarla müqayisədə bu fərqin bəzən iki dəfə çox olması mümkündür. Kimsə bu gün manatla əmanət yerləşdirirsə, daha yüksək gəlir əldə edə bilər. Lakin dollarla depozit seçən şəxs aşağı qazanc əldə edəcək”.
Ekspert bildirib ki, inflyasiya həm milli, həm də xarici valyutalara təsir göstərir və hər iki halda dəyər itkisi riski mövcuddur:
“Bu səbəbdən valyutalar bir növ bir-birini kompensasiya edir. Əmanət yerləşdirərkən yalnız bir valyutaya güvənməməyi, əksinə, portfel yanaşmasını tövsiyə edirəm. Məsələn, vəsaitin bir hissəsini manatla, bir hissəsini isə dollar və ya digər xarici valyuta ilə saxlamaq daha təhlükəsiz strategiyadır”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta