AZ

Xavyer Tebas FIFA-ya “cihad” elan etdi - Səbəb

Futbol üzrə İspaniya La Liqasının prezidenti Xavyer Tebas 2025-ci il FIFA Klub Dünya Kuboku haqda kəskin çıxışı ilə diqqət çəkib.

Arena.az “Sport.es” dərgisinə istinadən, Tebasın müvafiq açıqlamasını təqdim edir:

“Mənim məqsədim – klublararası dünya çempionatını yox etməkdir ki, bunlar bir daha olmasın. Daha bir yarışa gərək yoxdur. Audiovizual hüquqlar dünyasında daha pul yoxdur. Bizə, futbol ekosistemini və futbolun dayanıqlığını dəstəkləmək gərəkdir.

Mən buna baxmıram. Azacıq “Çelsi”yə baxdım, mən elə gəldi ki, bu, sanki yay fəslinin yoldaşlıq oyunudur (“Çelsi” – “Los Anceles”, 2:0). Mən oyuna baxdığım 25 dəqiqə ərzində heç bir diribaşlıq görmədim”, deyə Tebas narazılıqla bildirib.

Xavyer Tebas əlavə edib ki, İspaniya təmsilçiləri “Real” və ya Madrid “Atletiko”sunun yarışın final oyununa çıxacaqları halda, İspaniya La Liqasının növbəti mövsümünün təqvimində hər hansı dəyişiklik edilib-edilməyəcəyi sual olaraq qalır.

Xatırladaq ki, 2025-ci ilin FIFA Klub Dünya Kuboku ilk dəfə olaraq 6 konfederasiyanın 32 təmsilçisinin iştirakı ilə keçirilir. Yarış iyunun 14-də ABŞ-da başlayıb və iyulun 13-də başa çatacaq.

Seçilən
3
arena.az

1Mənbələr