İran Prezidenti Məsud Pezeşkian bütün nazirliklərin və hökumət müəssisələrinin ölkə vətəndaşlarına dəstək göstərmək üçün ştat rejimində fəaliyyət göstərəcəyini bəyan edib.
“Report”un məlumatına görə, bu barədə onun “X” sosial şəbəkəsindəki paylaşımında deyilir.
"Əziz İran xalqı! Bütün nazirliklərə və hökumət müəssisələrinə bütün qüvvə və vasitələrlə ölkə vətəndaşlarına kömək etmək və hər hansı xidmət göstərməkdən imtina etməmək tapşırılıb. Allahın köməyi ilə biz bu çətin zamanı geridə qoyacağıq", - prezident qeyd edib.