AZ

ABŞ İsrailə gizli şəkildə super bomba ötürə bilər - Almaniyadan şok iddia

ABŞ-ın İsrailə gizli şəkildə super ağır bomba və strateji bombardmançı təyyarə verə biləcəyi iddia olunub.
 
Publika.az xəbər verir ki, bu barədə Almaniyanın “Berliner Zeitung” qəzeti yazıb.
 
İddiaya görə, Vaşinqton İranın Fordo şəhərindəki uran zənginləşdirmə mərkəzini vurmaq üçün İsrailə “GBU-57A/B” tipli bomba və onu daşıya biləcək “B-2” bombardmançı təyyarəsini tam təhvil verə, ya da qısa müddətli icarə formasında ötürə bilər.
 
Qəzetin məlumatına görə, bu cür addım ABŞ-ı İranla birbaşa müharibəyə sürükləyə bilər. Lakin beynəlxalq hüquqda “önləyici zərbə” anlayışı artıq bəzi hallarda “yaxşılıq naminə” qəbul edildiyindən, beynəlxalq cəza ilə nəticələnməsi ehtimalı zəifdir.
 
Qeyd edək ki, daha əvvəl “Axios” portalı da oxşar məlumat yayaraq, ABŞ-ın İran üzərində təzyiq vasitəsi kimi İsrailə bombalar verə biləcəyini bildirmişdi.
Seçilən
34
50
moderator.az

10Mənbələr