“Zirə”nin Konfrans Liqasındakı rəqibi Xorvatiyanın “Hayduk” klubu üç futbolçu ilə müqavilə bağlayıb.
İdmanxeber.az-ın məlumatına görə, rəhbərlik müdafiəçi 19 yaşlı müdaifəçi Dominik Babiçlə Duje Milişiçlə 3, hücumameyilli yarımmüdaifəçi Lovre Lonçarla 2 illik sözləşmə imzalayıb.
Xatırladaq ki, Xorvatiya təmsilçisi “Zirə”nin Konfrans Liqasının II turundakı rəqibidir. Tərəflər arasında ilk matç iyulun 24-də Azərbaycanda, cavab qarşılaşması isə 31-də Split şəhərində keçiriləcək.