AZ

Putin: Zelenski ilə danışıqlara hazıram, amma...

Rusiya prezidenti Vladimir Putin Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşməyə hazır olduğunu bildirib. Bununla belə, o, Ukrayna liderinin legitimliyinə şübhə ilə yanaşır...

Poliqon bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

Putin jurnalistlərlə söhbətində "Biz görüşməyə hazırıq. Mən hər kəslə, o cümlədən Zelenski ilə görüşməyə hazıram. Əgər Ukrayna dövləti danışıqlar üçün kimə etibar edirsə, o cümlədən bu, Zelenski ola bilər" deyə bildirib.

Putinin sözlərinə görə, əsas məsələ sənədləri kimin imzalayacağıdır. Rusiya lideri yenidən Zelenskinin qanunsuz prezident olmasından danışıb. Üstəlik, Putin Kiyevin Moskva ilə danışıqlardan imtina edəcəyi təqdirdə Ukrayna üçün vəziyyətin pisləşəcəyi ilə hədələyib.

"Onlar danışıqlar aparmasalar, vəziyyət daha da dəyişə bilər - onlar üçün pisə doğru. Uzatmağa ehtiyac yoxdur. Biz oturub danışıqlar aparmalıyıq", deyə Kreml lideri bildirib.

Putin həmçinin əmin edib ki, Rusiya Ukraynada hərbi əməliyyatlara son qoymağa çalışır. O əlavə edib ki, Ukrayna və Rusiya tərəfləri arasında danışıqların yeni mərhələsi iyunun 22-dən sonra keçirilə bilər.

Poliqon.info

Seçilən
4
poliqon.info

1Mənbələr