AZ

“Karvan” iki həftədi paltardəyişmə otağını təmir edir

Gələn mövsüm elitada çıxış edəcək “Karvan”dan gələn bütün açıqlamalarında ot örtüyünün süni olacağı deyilirdi.

Klubun mətbuat katibi Bəhruz Musayevdən fikirlərini dəyişib-dəyişmədiklərini və təmir işlərinin nə yerdə qaldığını soruşduq:
“Belə qərara aldıq ki, təbii ot örtüyü olsun. Bu yöndə işlər gedir. Çox güman, əsas meydan təbii, köməkçi meydan isə süni qazon olacaq. Hesablamalar gedir. Təmir işləri davam etdirilir. Hələ ki paltardəyişmə otağı təmir olunur”.
Qeyd edək ki, klub təmir işlərinə başladığını ilk dəfə iyunun 3-də demişdi, onda da paltardəyişmə otağı təmir olunurdu...

MÜZƏFFƏR QULUZADƏ
Seçilən
3
1
football-plus.az

2Mənbələr