AZ

Daha bir universitet QS reytinqdə yer alıb

Sumqayıt Dövlət Universiteti ilk dəfə QS Dünya Universitetləri Reytinqində yer alıb.

Bu barədə AzEdu.az-a Sumqayıt Dövlət Universitetindən (SDU) məlumat verilib.

Bildirilib ki, Sumqayıt Dövlət Universiteti ilk dəfə QS Dünya Universitetləri Reytinqində yer alaraq 1001–1200 aralığında qərarlaşıb.QS Reytinq Agentliyi tərəfindən tərtib edilən Reytinqə bu il dünyanın 106 ölkəsindən ümumilikdə 8467 universitet müraciət etmişdir ki, onlardan yalnız 1501-i reytinqdə yer ala bilib.QS Dünya Universitetləri 2026 nəticələrinə əsasən, universitetimiz bu il Azərbaycan üzrə ümumi sıralamada 7-ci yeri tutur. SDU ölkənin Reytinqə daxil olan yeganə regional universitetidir.

 

Bu nailiyyət universitetimizin akademik fəaliyyətinin, beynəlxalq əməkdaşlığının və elmi-tədqiqat imkanlarının yüksək səviyyədə inkişaf etdiyini bir daha təsdiqləyir. Reytinq çərçivəsində universitetimiz xüsusilə “Akademik nüfuz” və “İşəgötürənlər arasında nüfuz” meyarı üzrə fərqlənərək, bu sahələrdə rəqabətqabiliyyətli nəticələr nümayiş etdirib. 


Qeyd edək ki, SDU hazırda QS Avropa Universitetləri Reytinqinə daxil olaraq mühüm uğur əldə etmişdir. Bu reytinqdə universitet Avropa universitetləri arasında 483-cü yerdə, Qərbi Asiya regionu üzrə 31-ci yerdə,Azərbaycan üzrə ümumi sıralamada 5-ci yerdə, ölkənin regional ali təhsil müəssisələri arasında isə ilk dəfə QS Beynəlxalq Reytinqinə daxil olmuş universitetdir.

Seçilən
3
azedu.az

1Mənbələr