AZ

Paşinyan Rusiyanın daha bir adamını sıradan çıxartdı

Azpost saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İrəvan məhkəməsi rusiyalı biznesmen Samvel Karapetyan barəsində iki aylıq həbs-qətimkan tədbiri seçib.

Bu barədə biznesmenin vəkili Armen Feroyan məlumat verib.

Müdafiə tərəfi məhkəmənin qərarından apellyasiya şikayəti vermək niyyətindədir.

Həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə iclası təxminən 3 saat əvvəl başa çatıb, lakin qərar yalnız indi açıqlanıb.

Qeyd edək ki, “Taşir” şirkətlərin qrupunun rəhbəri barəsində cinayət işi başlanılıb. O, hakimiyyətin ələ keçirilməsinə açıq çağırış etməkdə təqsirləndirilir.

Xatırladaq ki, Azərbaycan 2021-ci ildə Qarabağa qaçaq yolla silah-sursat daşıyan şirkət rəhbərlərini beynəlxalq axtarışa vermişdi. Həmin şəxslər sırasında S.Karapetyan da olub.

Qeyd etmək lazımdır ki,Samvel Karapetyan Rusiyada milyarder olub.

Rusiyalı aparıcı Solovyov efirdə Paşinyanı təhqir edib, Karapetyanı tərifləməsi ciddi əsasları olan məsələdir. Solovyov bununla göstərdi ki,Karapetyan Paşinyana qarşı Kremlin növbəti fiqurudur.

Paşinyanın kilsə ilə davasına Karapetyanın kobud müdaxiləsi onun həbsi ilə nəticələndi.

Ermənistanın Baş naziri bu dəfə də Rusiyanın daha bir “ağır çəkili” fiqurunu sıradan çıxartdı.

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
azpost.info

1Mənbələr