AZ

İşğaldan azad olunmuş ərazilərdə əmək hüquqlarının qorunması istiqamətində tədbirlər görülür - Vəli Quliyev

Bakı. Trend:

İşğaldan azad olunmuş ərazilərdə əmək hüquqlarının qorunması,təhlükəsiz iş şəraitinin təmin edilməsi və rəqəmsal nəzarətvasitəsilə şəffaflığın artırılması istiqamətində tədbirlərgörülür.

Trend xəbərverir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiyanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev“DOST to DOST” layihəsi çərçivəsində “Əmək münasibətləri” adlıtəlim proqramının bağlanış mərasimində çıxış edərkən deyib.

O bildirib ki, Əməyin Mühafizəsi Mərkəzi həmin ərazilərdəfəaliyyətgöstərən müəssisələrdə dövlət dəstəyiçərçivəsindəmaarifləndirmə tədbirləri həyata keçirir.

"2025-ci ilin ilk 5 ayında bu bölgələrdə 15 tədbir təşkilolunub. “DOST Müfəttiş” və “Nümunəvi işəgötürən” layihələriəməkbazarında hüquqi biliklərin artırılmasına və sağlaməməkmühitinin formalaşmasına mühüm töhfə verir. Butəşəbbüslərbeynəlxalq səviyyədə tanınır və mükafatlara layiqgörülüb. Son illərdə ölkədə, xüsusilə gənclər arasında könüllülükhərəkatının genişlənməsi sosial məsuliyyətin və vətəndaşfəallığınınartdığını göstərir. Könüllü fəaliyyət gənclərin sosialhəyata cəlbolunması, əmək bacarıqlarının inkişafı vəvətənpərvərlik ruhunungücləndirilməsi baxımından önəmlidir" .

"Bu gün DOST Agentliyi də daxil olmaqla bir çox dövlət vəictimaiqurumlar fəal könüllü proqramları həyata keçirir. Butəşəbbüslər cəmiyyətin müxtəlif yaş qruplarını əhatə etməklə dahageniş və inklüziv könüllülük mühiti yaradır. “Könüllü DOST”proqramı sosial sahədə könüllülüyün işafında aparıcı rol oynayır.Proqramın yerli və beynəlxalq uğurları könüllülük fəaliyyətininəhəmiyyətini bir daha təsdiqləyir.

Bu günün könüllüsü sabahın peşəkar işçisidir. Əmək hüquqlarıiləbağlı maarifləndirmə təşəbbüsləri gənclərin əməkbazarınahazırlığına və hüquqi biliklərinin artmasına mühüm töhfəverir. DƏMX və DOST Agentliyinin birgə təşkil etdiyi“Əməkhüquqları” təlim proqramı gənclərin əmək qanunvericiliyibiliklərini artırmaqla yanaşı, onları real iş mühitinəhazırlaşdırır. Artıq ikinci dəfə keçirilən “DOST to DOST” layihəsiçərçivəsində gənclər əmək münasibətləri, əməyin mühafizəsi vəmüasir işmühiti ilə bağlı biliklərini genişləndirirlər. Layihənəzəri biliklərinpraktiki bacarıqlarla birləşdirilməsinə vəgənclərin ictimaifəallığının artmasına xidmət edir"- deyə xidmətrəisi əlavə edib.

Məqalədə:
Seçilən
27
az.trend.az

1Mənbələr