Robin Rayt “Variety”yə “House of Cards” filmində Kleyr Undervud rolunu oynayarkən bərabər maaş uğrunda mübarizəsindən danışıb. Monte-Karlo Televiziya Festivalında çıxış edən aktrisa Kevin Spaceylə eyni maaş almağa çalışmağın "çətin" olduğunu deyib.
Hafta.az-ın yazdığına görə, aktrisa deyib: “Mən “fikrimcə, ədalətliolardı, çünki mənim obrazım onunki qədər məşhurlaşıb” dedikdə, mənə Kevinin aldığı qədər maaş verə bilməyəcəklərini dedilər. Bildirdilər ki, səni icraçı prodüser edəcəyik, rejissor vəzifəsi verəcəyik, üç fərqli maaş alacaqsan. Dedim ki, mən niyə aktyor kimi yüksək maaş ala bilmirəm? Cavab “Oskar almadığına görə” oldu”. Amma Rayt etiraf edir ki, qəzəblənmək heç nəyi dəyişməyəcək, çünki illərdir dəyişməz protocol məhz belə işləyir.
Rayt ikinci mövsümdən serialın finalına qədər cəmi 10 epizodu idarə etdi. Məşhur aktyor təcrübəni "hədiyyə" kimi təsvir edir.
Emmy mükafatına layiq görülmüş siyasi triller “House of Cards” Netflix-in ilk orijinal istehsallarından biri kimi seçildi. Serialda Spacey ona xəyanət edənlərdən qisas alan vicdansız siyasətçi Frank Undervud, Robin Rayt isə onun eyni dərəcədə hiyləgər arvadı Kleyr rolunu oynayır.
Rayt maaş fərqi ilə bağlı ilk açıqlamasını 2016-cı ildə Rokfeller Fondunun tədbirində verib. 59 yaşlı aktrisa prosesi bu sözlərlə izah edib: "Kler Undervud obrazı bir müddət Frenkdən daha populyar idi. Ona görə də bundan istifadə etdim. "Mənə layiq olduğum maaşı ver, yoxsa bununla ictimaiyyətə çıxacağam" dedim".
Serialda güclü qadın obrazının yer aldığı üçün təriflər deyən Rayt, "Kişi və qadın obrazlarının bərabər olduğu çox az film və ya serial var" deyib. “Business Insider” 2014-cü ildə Spaceynin hər epizod üçün 500 min dollar qazandığını, “Forbes” isə Raytın hər epizod üçün təxminən 420 min dollar qazandığını bildirib.