AZ

Azərbaycanın 6 universiteti ilk dəfə QS TOP 1000 sırasına düşüb

Azərbaycanın altı universiteti ilk dəfə olaraq “QS 2026 dünyanın ən yaxşı universitetlərinin reytinqi”ndə TOP 1000-lik siyahıya düşüb, Elm və Təhsil Nazirliyi məlumat verib.

Ümumilikdə reytinqə daxil olan Azərbaycan universitetlərinin sayı 9-a çatıb. Onlardan üçü — Bakı Dövlət Universiteti (688-ci yer), Azərbaycan Dövlət İqtisad Universiteti (801–850) və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (851–900) — əvvəlki illə müqayisədə əhəmiyyətli irəliləyiş əldə edib.

İlk dəfə reytinqə daxil olan universitetlər: Azərbaycan Texniki Universiteti (851–900), Bakı Mühəndislik Universiteti (901–950) və Xəzər Universiteti (951–1000).

Digər üç universitet — Azərbaycan Memarlıq və İnşaat Universiteti, Sumqayıt Dövlət Universiteti (hər ikisi 1001–1200), və ADA Universiteti (1201–1400) də reytinqə ilk dəfə daxil olub.

Yeni daxil olan universitetlərin sayına görə Azərbaycan 106 ölkə arasında ikinci yerdə qərarlaşıb və QS reytinqində Cənubi Qafqaz regionu üzrə lider mövqe tutub.

N.Tebrizli

Seçilən
6
anews.az

1Mənbələr