AzVision.az xəbər verir ki, diplomatik mənbələrə istinad edən“Reuters” agentliyinin yazdığına görə,komponentlərin ən azı 65%-i Aİ və ya tərəfdaş ölkələrdən alınmalıdır. İstisnalar kritik texnologiyalar üçün nəzərdə tutulub. Yekun təsdiqin gələn həftənin əvvəlində olunacağı gözlənilir.
“Razılaşma məhdudiyyətlərin tənqidinə rəğmən əldə edilib. Belə ki, bəzi ölkələr “Avropa məhsulu al” qaydalarının çox sərt olmasından şikayətlənirdilər”,- mənbələr bildirirlər.
Fond Avropanın yenidən silahlanması proqramının birinci mərhələsi olacaq. Rəsmilər bu məbləği “təvazökar” adlandırsalar da, əlavə maliyyələşməni də istisna etmirlər.
Qeyd edək ki, iyunun 4-də “Politico” nəşrinin yazdığına görə, Aİ COVID-19-la mübarizəfondundan birliyə üzv ölkələrin ordularının yenidən silahlanması və genişləndirilməsinə 335 milyard avro ayırmağı planlaşdırır.
Əvvəlcə, xərclənməmiş vəsaitlərin iqlim proqramlarının və rəqəmsal texnologiyaların maliyyələşdirilməsinə sərf olunacağı güman edilirdi. Lakin sonradan pulun müdafiə layihələrinin maliyyələşdirilməsinə yönəldilməsi qərara alınıb.
Sahil İsgəndərov
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta