AZ

İsrail İranda ağır su reaktoruna zərbə endirib

İsrail İranın Xondab bölgəsindəki ağır su reaktoru ərazisinə hücum edib.

Far.Az xəbər verir ki, bu barədə "ISNA" xəbər agentliyi məlumat yayıb.

"Səlahiyyətlilər deyirlər ki, obyekt əvvəlcədən təxliyə edilib və sızma baxımından heç bir təhlükə yoxdur", - nəşr yazır.

İsrailin hücuma nə vaxt başladığı barədə məlumat verilməyib.

Xatırladaq ki, bir gün əvvəl İsrail Müdafiə Qüvvələri (IDF) uranın zənginləşdirilməsi üçün sentrifuqların istehsalı ilə məşğul olan İranın istehsalat obyektlərinə hücum barədə məlumat vermişdi.

Seçilən
8
far.az

1Mənbələr