Naxçıvan Dövlət Universiteti (NDU) ilə İstanbul Universiteti arasında magistratura səviyyəsində iki ixtisas üzrə ikili diplom layihəsi haqqında İstanbulda müqavilələr imzalanıb. Sənədi NDU-nun rektoru Elbrus İsayev və İstanbul Universitetinin rektoru Osman Bülent Zülfikar imzalayıblar.
Əməkdaşlıq “Türk dünyası tarixi” və “Strateji idarəetmə” ixtisaslarını əhatə edəcək və bu çərçivədə tələbələr bir il Naxçıvanda, ikinci il isə İstanbulda təhsil alacaqlar.
Layihə Azərbaycan dövlət proqramı çərçivəsində həyata keçirilir və hər iki universitet arasında akademik inteqrasiyanı dərinləşdirməyi hədəfləyir.