AZ

Azeri Light neftinin qiyməti cüzi ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,41 ABŞ dolları və ya 0,51% azalaraq 79,17 ABŞ dollarına düşüb. Bu barədə bazar mənbələri məlumat verib.

Türkiyənin Ceyhan limanında FOB bazasında bu markadan olan neftin bir bareli 0,46 dollar və ya 0,59% ucuzlaşaraq 77,79 ABŞ dolları təşkil edib.

Eyni zamanda, “Brent” markalı neftin avqust fyuçersləri London birjasında 77,05 ABŞ dollarından ticarət olunub.

Azərbaycanın 2025-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dolları səviyyəsində götürülüb.

“Azeri Light” neftinin tarixdə ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları səviyyəsində qeydə alınıb.

Azərbaycan nefti əsasən “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil olunur. Bu layihədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65% təşkil edir.

N.Təbrizli

Seçilən
24
50
anews.az

10Mənbələr