AZ

Azərbaycan nefti ucuzlaşıb

Bakı, TurkicWorld

İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light" markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,41 ABŞ dolları və ya 0,52% azalaraq 79,17 dollar/barel təşkil edib.

Bu barədə TurkicWorld-ə neft bazarındakı mənbə məlumat verib.

Məlumata görə, Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,46 dollar və ya 0,59% ucuzlaşaraq 77,79 dollar təşkil edib.

URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,17 dollar və ya 0,27% azalaraq, 63,55 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən "Dated Brent" markalı neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,42 dollar və ya 0,54% azalaraq 77,05 ABŞ dolları təşkil edib.

Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Seçilən
25
30
turkic.world

10Mənbələr