Ötən ay ərzində Dövlət Miqrasiya Xidməti (DMX) 40 şəxsin Azərbaycana readmissiyasını həyata keçirib.
Bu barədə "Report"un sorğusuna cavab olaraq DMX-nin İctimaiyyətlə əlaqələr idarəsindən məlumat verilib.
Bildirilib ki, onlar əsasən Avropa ölkələrindən geri qəbul edilmiş şəxslərdir.
Qeyd edək ki, proses Azərbaycanın imzaladığı readmissiya sazişləri çərçivəsində baş tutub.