AZ

Bununla bağlı Azərbaycanla birlikdə variantlar axtarırıq Putin

ain.az bildirir, Unikal.az portalına istinadən.

Rusiya Federasiyası və Azərbaycan hökumətləri Xəzər dənizinin dayazlaşması problemini həll etmək üçün birgə işləyirlər. 

"Unikal" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin dünyanın aparıcı informasiya agentliklərinin rəhbərləri ilə təşkil edilən görüşdə deyib.

"Problem, şübhəsiz ki, qlobal olmasa da, çox böyükdür. Biz Aral dənizi və sairlə bağlı faciəvi nümunələri bilirik. Burada vaxtında koordinasiyalı tədbirlər görmək lazımdır. Hökumətə lazımi göstərişlər verilib. Mən bilirəm ki, Rusiya Federasiyası hökuməti Azərbaycan hökuməti ilə birlikdə bununla bağlı işləyir və variantlar axtarır. Burada əsas məsələ qəfil, lakin daimi əsasda hərəkət etməkdir", - deyə Rusiya lideri açıqlayıb. 

Ağarza Elçinoğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
unikal.az

1Mənbələr