AZ

Dünya çempionatı: “Yuventus” rəqibini darmadağın etdi

BAKI, 19 iyun. TELEQRAF

Klublararası Dünya Çempionatının G qrupunda ilk tura yekun vurulub.

Teleqraf xəbər verir ki, Vaşinqtonda “Yuventus” BƏƏ-nin “Əl-Ayn” klubunu 5:0 hesabı ilə məğlub edib.

Turinlilərin heyətində Randal Kolo Muani (11 və 45+4-cü dəqiqə), Fransisko Konseysau (21,58) və Kənan Yıldız (31) fəqləniblər.

Yada salaq ki, qrupda ilk turun digər oyununda “Mançester Siti” Mərakeşin “Vidad” klubunu 2:0 hesabı ilə məğlub edib.

Seçilən
21
teleqraf.com

1Mənbələr