Bakı. Trend:
Somalinin cənubundakı Aşağı Cuba əyalətində keçirilən antiterrorəməliyyatı zamanı “əl-Qaidə” terror təşkilatı ilə əlaqəli olan“əş-Şəbab” silahlı qruplaşmasının 25 üzvü zərərsizləşdirilib.
Trend-in yerliKİV-ə istinadla verdiyi məlumata görə, məhv edilənlər arasındaqruplaşmanın bəzi liderləri də var. Əməliyyat nəticəsindəsilahlıların mülki şəxsləri hədəf almaq üçün istifadə etdiyi mühümbazalar və döyüş maşınları da sıradan çıxarılıb.
Planlı şəkildə həyata keçirilən hərbi əməliyyat Bullo Hacıbölgəsi yaxınlığında baş tutub.
Qeyd edək ki, Somali hökumət qüvvələri on ildən artıqdır ölkədəçoxsaylı terror aktları və hücumlarla yadda qalan “əş-Şəbab”qruplaşmasına qarşı mübarizə aparır. Son aylar ərzində orduqruplaşmanın nəzarətində olan bir sıra əraziləri geri almağa nailolub.