AZ

ABŞ "E-4B Nightwatch" təyyarəsi Vaşinqtona uçub

Bakı. Trend:

ABŞ-nin “Qiyamət günü Təyyarəsi” kimi tanınan "E-4B Nightwatch"hava gəmisi İran-İsrail münaqişəsinin kəskinləşməsi fonundaLuizianadan Vaşinqton yaxınlığındakı Endryus Hərbi HavaQüvvələrinin bazasına enib.

Trend-in “TheDaily Mail”ə istinadən verdiyi məlumata görə, nüvə hücumu zamanıölkənin yüksək rəhbərliyinin komandanlıq postu kimi fəaliyyətgöstərəcək təyyarə Bossyer Sitidən Virciniya və Şimali Karolinaştatları üzərindən uçaraq Endryus baza hava limanına çatıb.

Qeyd olunur ki, “Nightwatch” yanacaqla havada doldurula bilməsisayəsində bir həftə fasiləsiz uçuş edə bilir. Təyyarənin bütünavadanlıqları nüvə partlayışının zərərli təsirlərindən qorunmaqüçün xüsusi hazırlanıb. ABŞ-nin 43-cü Prezidenti Corc Buş butəyyarədən 2001-ci il 11 sentyabr terror aktları zamanı istifadəedib.

Hazırda ABŞ Hərbi Hava Qüvvələrinin istismarında 1970-ci illərdəxidmətə qəbul edilmiş və 2030-cu illərdə istifadəsi dayandırılacaqdörd ədəd E-4B təyyarəsi var.

Seçilən
7
az.trend.az

1Mənbələr