AZ

Rəşad Sadıqov püşkdən danışdı

Püşk bizə “Hayduk” komandasını rəqib etdi. SİA xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Xorvatiyanın “Hayduk” komandası ilə keçirəcəkləri oyunlar barədə danışarkən deyib. Mütəxəssis bildirib ki, azarkeşləri iki gərgin və maraqlı oyun gözləyir: “İndi bizim üçün vacib olan oyunlara yaxşı hazırlaşmaqdır. Ümid edirəm ki, mərhələni keçən tərəf biz olacağıq”. Qeyd edək ki, Konfrans Liqasında bu raundun görüşləri iyulun 24-ü və 31-də keçiriləcək.

Seçilən
14
7
sia.az

10Mənbələr