AZ

Tramp İrana hücum planını təsdiq etdi

ABŞ Prezidenti Tramp İrana hücum planını təsdiq etdi.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ nəşri WSJ məlumat yayıb.

Nəşrin yazdığına görə Ağ Evdə keçirilən xüsusi iclasda ABŞ Prezidenti ordu tərəfindən ona təqdim edilən planı təsdiq edib. Baş Qərargahın hazırladığı planda ABŞ ordusunun İrandakı hədəfləri, bu hədəfləri ləğv etmək üçün hansı təyyarələrdən və silahlardan istifadə edilməsi barədə bir çox detallar yer alıb.

Ancaq ABŞ Prezidenti planın icra edilməsi ilə bağlı qərar verməyi təxirə salıb. Məqalədə prezidentin İranın nüvə proqramından tamamilə imtina etməsi üçün ən effektli yolun ABŞ-nin münaqişəyə qoşulmaq mövqryində olduğu da qeyd olunur.

Seçilən
10
teleqraf.com

1Mənbələr