AZ

Putin: Rusiya Ukraynaya 3 mindən çox əsgərinin meyitini verməyə hazırdır

Prezident Vladimir Putin Rusiyanın Ukrayna Silahlı Qüvvələrinin daha 3 min əsgərinin cəsədini Ukraynaya təhvil verməyə hazır olduğunu təsdiqləyib...

Poliqon xəbər verir ki, o, bu barədə Sankt-Peterburq İqtisadi Forumu çərçivəsində beynəlxalq xəbər agentliklərinin nümayəndələri ilə söhbəti zamanı deyib.

“Biz 6 mindən çox hərbçinin cəsədini təhvil verdik, bunun müqabilində 57-sini aldıq, Ukrayna Silahlı Qüvvələrinin 3 mindən çox əsgərinin cəsədini verməyə hazırıq”, dövlət başçısı bildirib.

O qeyd edib ki, bu barədə danışmaq onun üçün kədərli və ağırdır.

Poliqon.info 

Seçilən
7
poliqon.info

1Mənbələr