AZ

Azərbaycan Belarus regional təhlükəsizlik müzakirəsi

Xalq qazeti saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun Belarus Respublikasına rəsmi səfəri davam edir.

General-polkovnik Z.Həsənov ilə Belarusun müdafiə naziri general-leytenant Viktor Xrenin arasında görüş keçirilib.

Görüşdə regional təhlükəsizlik məsələləri, hərbi əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər mövzular müzakirə olunub.

Səfər proqramına uyğun olaraq, Azərbaycan nümayəndə heyəti, həmçinin Belarus Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Baş Qərargah Fakültəsini ziyarət edib. Burada hərbi təhsil sistemi, kadrların hazırlanması, struktur və vəzifələr barədə brifinq təqdim olunub.

Rəsmi səfər zamanı Belarus Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının Mərkəzi Komanda Məntəqəsində olan Azərbaycan müdafiə nazirinə məntəqənin əsas fəaliyyət istiqaməti ilə bağlı ətraflı məlumat verilib.

XQ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
8
xalqqazeti.az

10Mənbələr