AZ

Avroliqada ikinci təsnifat püşkü atıldı - CÜTLÜKLƏR

Avropa Liqasının 2025/2026 mövsümünün 2-ci təsnifat mərhələsinin püşkü atılıb.

Sportinfo.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə birinci mərhələnin qalibləri və turnirə birbaşa bu mərhələdən qoşulan komandalar arasında cütlüklər müəyyənləşib.

Daha öncə xəbər verdiyimiz kimi, Azərbaycan təmsilçisi “Sabah” Sloveniya klubu “Sele” üzərində qələbə qazanacağı təqdirdə, ikinci turda AEK (Kipr) – “Partizan” (Serbiya) cütünün qalibi ilə qarşılaşacaq.

Avropa Liqasında 2-ci təsnifat mərhələsinin cütlükləri:

"Luqano" (İsveçrə) – "Pakş" (Macarıstan) / ÇFR (Rumıniya)

"Sabah" (Azərbaycan) / "Sele" (Sloveniya) – AEK (Kipr) / "Partizan" (Serbiya)

"Levski" (Bolqarıstan) / "Hapoel" (Beer-Şeva, İsrail) – "Braqa" (Portuqaliya)

"Banik" (Çexiya) – "Legiya" (Polşa) / "Aktobe" (Qazaxıstan)

"Anderlext" (Belçika) – "Spartak" (Trnava, Slovakiya) / "Hakken" (İsveç)

"Şerif" (Moldova) / "Priştina" (Kosovo) – "Utrext" (Niderland)

"Midtülland" (Danimarka) – "Haybernian" (Şotlandiya)

"Beşiktaş" (Türkiyə) – "Şaxtyor" (Donetsk, Ukrayna) / "İlves" (Finlandiya)

2-ci təsnifat mərhələsinin ilk oyunları 24 iyulda, cavab görüşləri isə 31 iyulda keçiriləcək.

Seçilən
65
1
sportinfo.az

10Mənbələr