AZ

Elektrikli skuter sürənlərə xəbərdarlıq

“Paytaxt yollarında bəzi elektrikli skuter, velosiped və eləcə də təkərli kanki ilə hərəkət edən müəyyən şəxslər var ki, yol hərəkəti qaydalarına əməl etmirlər”.

KONKRET.az xəbər verir ki, bunu “Xəzər Xəbər”ə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətinin rəhbəri Ömər Xıdırov bildirib.

“Nəqliyyatın İdarəetmə Mərkəzi olaraq, bu cür nəqliyyat vasitələrini idarə edən şəxlərə müraciət edərək bildiririk ki, birinci növbədə təhlükəsizlik dəbilqələrindən istifadə etsinlər. Onlar da digər yol hərəkət iştirakçıları kimi eyni hüquqa və vəzifələrə malikdirlər, qaydalara əməl etsinlər. Onlar üçun ayrılmış yerlərdə bu nəqliyyat vasitələrini idarə etsinlər”,- deyə Ömər Xıdırov deyib.

Seçilən
2
6
konkret.az

7Mənbələr