AZ

Alimlər Afrikadan ilk insan miqrasiyasının uğursuzluğunun səbəbini AÇIQLADI

Böyük Britaniya, ABŞ, Almaniya, Cənubi Afrika və digər ölkələrdən olan beynəlxalq alimlər qrupu bəşəriyyətin Afrikadan kənara uğurla yayılmasının sirrini açıb. Məlum olub ki, bu prosesdə əsas rolu əcdadlarımızın müxtəlif yaşayış yerlərini mənimsəmək bacarığı oynayıb.

Redaktor.az xəbər verir ki, araşdırma "Nature" elmi jurnalında dərc olunub.

Son 120 min ilin arxeoloji məlumatlarının təhlili göstərdi ki, təxminən 70-50 min il əvvəl insanlar müxtəlif ekoloji nişləri - tropik meşələrdən tutmuş quraq səhralara qədər fəal şəkildə mənimsəməyə başladılar. Bu ekoloji çeviklik əvvəlki miqrasiya dalğaları ilə müqayisədə həlledici üstünlüyə çevrilib.

"Erkən dağılma cəhdləri "yaşıl dəhlizlərdən" - Sahara-Ərəb bölgəsində yüksək rütubət dövrlərindən asılı idi. Lakin sonuncu uğurlu miqrasiya daha az əlverişli şəraitdə baş verdi ki, bu da yeni uyğunlaşma strategiyasını göstərir", - Kembric Universitetinin professoru Andrea Manica bildirib.

Alimlər hesab edirlər ki, ekoloji nişin genişlənməsi sosial əlaqələrin və mədəni mübadilənin inkişafı nəticəsində mümkün olub. Texnoloji izahatlardan fərqli olaraq, bu nəzəriyyə yeni ərazilərin inkişafında kollektiv təcrübənin vacibliyini vurğulayır.

Turan İSMAYIL

Seçilən
4
1
redaktor.az

2Mənbələr