AZ

"Arsenal" Mayls-Lyuis Skelli ilə yeni müqavilə imzalayır

Bakı. Trend:

"Arsenal" klubu 18 yaşlı istedadlı futbolçu Mayls-Lyuis Skellinikomandada saxlamağa nail olub.

Trend xəbər verirki, Premyer Liqanın nəhəngi gənc sol cinah müdafiəçisi ilə yeniuzunmüddətli müqavilə barədə razılığa gəlib. Yeni sözləşmə yaxıngünlərdə imzalanacaq. Müqavilə şərtlərinə əsasən, Skelli dünyanınən çox qazanan gənc futbolçularından biri olacaq.

Qeyd edək ki, Mayls-Lyuis Skelli "Arsenal" akademiyasınınyetirməsidir. O, İngiltərə millisinin də üzvüdür. Gənc futbolçuötən mövsüm London klubunun heyətində 42 rəsmi oyuna çıxaraq 1 qolvurub və 3 məhsuldar ötürmə edib.

Seçilən
6
az.trend.az

1Mənbələr